Skip to main content
Vacib Qeyd!

Ana südü ilə qidalanma uşaqların sağlam artımı və inkişafı üçün ən yaxşı qidalanmadır. Ana südünün lazımi miqdarda və keyfiyyətli olmasını təmin etmək üçün analar ana südü ilə düzgün qidalandırma ilə bağlı təlimatlar almalıdırlar. Zəruri hal olmadan qismən və ya tam olaraq süni qidalandırmağa başlamaq və ya digər əlavə qida və içkilərlə qidalandırmaq ana südü ilə qidalanmağa mənfi təsir edə bilər, hansı ki, bu geri dönülməz hal ola bilər. Analar körpələrini süd qatışıqları ilə qidalandırmağı qərara gəlməzdən öncə və ya ana südü ilə qidalandırmada çətinlik olan zaman öz həkimi ilə məsləhətləşməli və sosial və maddi nəticələri nəzərə almalıdırlar. Süd qatışıqlarının, digər əlavə qida və içkilərin qeyri uyğun və qeyri zəruri istifadəsi sağlamlığa təhlükə ola bildiyi üçün onların hazırlanma və saxlanma təlimatlarına mütləq əməl edilməlidir.

Food safety parents responsibility

Qida təhlükəsizliyi valideynlərin məsuliyyətidir

Bəzən eviniz sizin körpəniz üçün “minalı sahə” ola bilər. Standart ev travmalarından başqa uşağın xəstəxanaya yerləşdirilməsi səbəblərindən biri də adətən valideynlərin qida təhlükəsizliyinə etinasız yanaşmasıdır. Çünki balaca uşaqlar böyüklərlə müqayisədə daha zəif immun sistemə malikdir, valideynlər uşağa qida hazırlayanda xüsusilə ehtiyyatlı olmalıdır.

Əgər siz dondurulmuş məhsulları və ya inqrediyentləri alırsınızsa, evə qayıdan kimi bakteriya artımının qarşısını almaq üçün onu soyuducuda saxlayın. Belə məhsulları kifayət qədər tez istehlak etmək lazımdır, çünki onları uzun müddət dondurmaq təravəti aşağı salır. Bakteriyaların artımının qarşısını alınması – qida zəhərlənmələrinin yol verilməməsində əhəmiyyətli amildir!

Təmizlənmə prosesi ilə bağlı olaraq qida tipinə görə onlar həqiqətəndə fərqlənir. Məsələn: tərəvəzlər bişirilməzdən əvvəl yuyulmalıdır və əsas ərazi yığışdırılmalıdır, çünki burada pestisid yığımı olur. Meyvələrə gəldikdə isə bəzi pestisidlərin keçə bildiyinə görə xarici qabığı ilə birlikdə kiçik miqdarda lətə ayırmaq lazımdır. Balığı təmizləyən zaman qanlı və selikli hissələrinin tam təmizləndiyinə əmin olun. Dəniz balığı duzlu su ilə təmizlənə bilər. Ətin təmizlənməsi zamanı təhlükəsizlik məqsədi ilə piylərdən təmizləmək lazımdır, çünki zərərli maddələr və pestisidlər burada toplanır.

Ətin bişirilməsindən əvvəl, onun kiçik hissələrə doğrayın və onu yarım dəqiqə qaynadın. Emalın belə üsulu ətdə olan qalıq preparatlardan qurtulmağa kömək edəcək. Emalın məqsədi bakteriya və mikrobları öldürmək olduğundan hazırlayan adam şəxsi gigiyenaya əməl etmirsə bütün hərəkətlər mənasız olur. Buna görə valideynlər həmişə yemək hazırlamağa başlamazdan əvvəl əllərini yumalıdırlar, üzük, saat kimi aksessuarları çıxartmalıdırlar, belə ki, kiçik boşluqlarda toplanaraq bakteriyalar qidanı korlaya bilər. Uşaq bezini dəyişəndən sonra qidaya yenidən toxunmazdan əvvəl əllərinizi yumağı unutmayın.

Hazırlıq prosesinin özünə gəlincə, bütün qidaların bişməsini təmin edin. Ümumi desək, bir dəqiqədən çox qidanın 75°C-dən çox qızdırılması bir çox bakteriyaları aradan qaldırır. Əgər siz şorbanı qızdırırsınızsa, onu körpənizə verməzdən öncə yenidən qaynatmağı unutmayın.

İstifadəçi təcrübənizi təkminləşdirmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bizim səhifənin Məxfilik Siyasəti hissəsinə daxil olaraq geniş məlumat əldə edib seçimlərinizi Kuki Razılıq Alətinə görə tənzimləyə bilərsiz. Bizim səhifəmizi istifadə etməklə, kukilərdən istifadə etməyimizə razılıq verirsiz.