Skip to main content
Pregnant food digest

Məqalə 3: Hamiləlik zamanı düzgün qidalanma məsləhətləri

Hamiləlik zamanı yaxşı tarazlaşdırılmış qidalanma sizə və sizin körpənizə xeyir gətirəcək. Sağlam qidalanma bətninizdəki uşağın inkişafına kömək etməklə yanaşı, həm də ürək bulanması, mədə qıcqırması, zəiflik və baş gicəllənmə kimi hamiləliklə bağlı narahatlıqlarınızı yüngülləşdirə bilər. Qida ehtiyaclarınıza mərhələ-mərhələ diqqət yetirin:

 

Birinci trimester (Mayalanma – 12 həftə):

Birinci trimester zamanı uşağınız tez inkişaf edir, bu dövrdə hüceyrədən (embrion) insana xas olan gözlərin, qulaqların, barmaqların və ayaq barmaqlarının, həyati orqanların və cinsiyyət orqanlarının yaranması baş verir. Hamiləliklə bağlı hormonların qəfil güclənməsi və dəyişilməsi nəticəsində ürək bulanması, sidiyə tez-tez getmə, dad meyllərinin dəyişikliyi, baş gicəllənməsi, zəiflik və yorğunluq kimi bir qrup discomfort keçirdə bilərsiniz.

Hamiləliyin erkən mərhələsində diskomfortla mübarizə aparmaq üçün gündə altı dəfə olmaqla yüngül, tez-tez və liflə zəngin qidalarla qidalanın. Turşməzə (sitrus dadıyla) meyvələr və sağlam yüngül qəlyanaltılar ürək bulanmasını azalda bilər. Süni şirinləşdirici, ədviyyatlı və yağlı qidalardan çəkinin. İndi siqaret, alkoqollu və güclü kofeinli içkilərdən imtina etməyin əsl vaxtıdır. Əgər siz kəskin diskomfort hiss edirsinizsə, dərhal həkimə müraciət edin.

 

İkinci Trimester (13 – 28 həftə)

13-cü həftədən 28-ci həftəyədək körpənizin əzələ və əsəb sistemi kimi tam fəaliyyət göstərən orqanları formalaşmalıdır. Siz ikinci trimesterdəsiniz, qarnınız hər gün böyüyərkən ürəkbulanması və yorğunluq kimi müəyyən diskomfortlar azalmalıdır.

Qoz-fındıq, günəbaxan, yağsız qırmızı ət, quş əti, balıq, pasterizə olunmuş süd və süd məhsulları kimi zülallarla zəngin qidalarlardan istifadə edin. Həmçinin rasionunuza bitki yağları (qırmızı palma yağı, zeytun yağı), qoz-fındıq, günəbaxan, balıq və dəniz məhsullarında olan doymamış yağ turşuları (Omeqa 3 və Omeqa-6) kimi sağlam yağlar daxil edilməlidir.

 

Üçüncü Trimester (29 – 40 həftə)

Körpənizin orqanları formalaşmalı və tam olaraq işləməlidir və o, hər həftə böyüdükcə onun çəkisi sizin nəfəsalmanı çətinləşdirməyə, tez-tez sidiyə getməyə hətta iştahın artmasına səbəb olaraq orqanlarınızı təzyiq altında saxlayacaq.

Körpənizin qida ehtiyacları artdığı üçün siz çoxlu zülal, fol turşusu, kalsium, dəmir və vitaminlərlə zənqin olan qidalara ehtiyac duyacaqsınız. Rasionuzun uyğun genişlənməsi, ətin və tərəvəzlərin düzgün porsiyası ananın və uşağın çəkisinin və ölçüsünün həddən çox olmasının, hestasiya dövrünün pozulmasının (qeyri normal, ləng və ya çətin doğuş) qarşısını ala bilər.

Yadda saxlayın ki, hər ananın və körpənin qida ehtiyacları müxtəlif ola bilər, belə ki, sizin və uşağınızın sağlam inkişafına əmin olmaq üçün müntəzəm prenatal yoxlamalardan keçmək zəruridir.