Skip to main content
Vacib Qeyd!
Ana südü ilə qidalanma uşaqların sağlam artımı və inkişafı üçün ən yaxşı qidalanmadır. Ana südünün lazımi miqdarda və keyfiyyətli olmasını təmin etmək üçün analar ana südü ilə düzgün qidalandırma ilə bağlı təlimatlar almalıdırlar. Zəruri hal olmadan qismən və ya tam olaraq süni qidalandırmağa başlamaq və ya digər əlavə qida və içkilərlə qidalandırmaq ana südü ilə qidalanmağa mənfi təsir edə bilər, hansı ki, bu geri dönülməz hal ola bilər. Analar körpələrini süd qatışıqları ilə qidalandırmağı qərara gəlməzdən öncə və ya ana südü ilə qidalandırmada çətinlik olan zaman öz həkimi ilə məsləhətləşməli və sosial və maddi nəticələri nəzərə almalıdırlar. Süd qatışıqlarının, digər əlavə qida və içkilərin qeyri uyğun və qeyri zəruri istifadəsi sağlamlığa təhlükə ola bildiyi üçün onların hazırlanma və saxlanma təlimatlarına mütləq əməl edilməlidir.
Pregnant mothers should not drink colas

Hamilə qadınlar Cola tipli içkilər içməməlidirlər

Anaların əksəriyyətinə məlumdur ki, hamiləlik zamanı alkoqol dölün inkişafına mənfi təsir edir, buna görə də müxtəlif tədbirlər zamanı, onlar alkoqolu Cola içməklə əvəz edirlər. Əslində isə, heyvanlar üzərində aparılan təcrübələrdə aşkar olunmuşdur ki, Cola tipli içkilər qüsurlara səbəb olur. Bu içkilərin tərkibində möhkəm qıcıqlandırıcı təsirə malik olan kofein və klofelin kimi maddələr olduğuna görə belə içkilərdən hamiləliyin ilk 90 günü ərzində çəkinmək lazımdır.

Bu içkilərin həddən artıq istifadəsi kofeinin və klofelinin ümumi miqdarını artırır, bu da mərkəzi sinir sistemini qıcıqlandırır, tənqinəfəsliyə və nəbzin sürətlə vurmasına, yuxusuzluğa və digər mənfi təsirlərə səbəb olur. Belə ki, kofein ananın organizmindən cift vasitəsilə asanlıqla dölə ötürülür, bu da sizin körpənizin sümüklərinin və digər əsas orqanlarının inkişafına mənfi təsir edərək, körpənizin az çəkili doğulmasına səbəb ola bilər.

ABŞ-ın Qida və Dərman vasitələri üzrə rəhbərliyi hamilə qadınlara kofein qəbulunu gündəlik 300 mq olmaqla məhdudlaşdırmasını tələb edir. Beləliklə, hamilə qadınlar, imkan daxilində tünd qəhvədən də çəkinməlidirlər. Bundan başqa Cola tipli içkilərdə sümük inkişafına və kalsifikasiyaya pis təsir göstərən fosforlu birləşmələr də var. Qısaca olaraq, hamilə qadınlar belə içkilərin istifadəsindən çəkinməli və əsas hidratasiya mənbəyi kimi mineral və ya ilıq sudan istifadə etməlidirlər.

İstifadəçi təcrübənizi təkminləşdirmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bizim səhifənin Məxfilik Siyasəti hissəsinə daxil olaraq geniş məlumat əldə edib seçimlərinizi Kuki Razılıq Alətinə görə tənzimləyə bilərsiz. Bizim səhifəmizi istifadə etməklə, kukilərdən istifadə etməyimizə razılıq verirsiz.