Skip to main content
Vacib Qeyd!
Ana südü ilə qidalanma uşaqların sağlam artımı və inkişafı üçün ən yaxşı qidalanmadır. Ana südünün lazımi miqdarda və keyfiyyətli olmasını təmin etmək üçün analar ana südü ilə düzgün qidalandırma ilə bağlı təlimatlar almalıdırlar. Zəruri hal olmadan qismən və ya tam olaraq süni qidalandırmağa başlamaq və ya digər əlavə qida və içkilərlə qidalandırmaq ana südü ilə qidalanmağa mənfi təsir edə bilər, hansı ki, bu geri dönülməz hal ola bilər. Analar körpələrini süd qatışıqları ilə qidalandırmağı qərara gəlməzdən öncə və ya ana südü ilə qidalandırmada çətinlik olan zaman öz həkimi ilə məsləhətləşməli və sosial və maddi nəticələri nəzərə almalıdırlar. Süd qatışıqlarının, digər əlavə qida və içkilərin qeyri uyğun və qeyri zəruri istifadəsi sağlamlığa təhlükə ola bildiyi üçün onların hazırlanma və saxlanma təlimatlarına mütləq əməl edilməlidir.
Your child and natural body resistance

6 ayından sonra - Balaca uşağın İnki̇şafı

Dərk etmənin inkişafı:
– 4 -7 ay: İndi o öz adını bilir. Siz onu çağıranda o sizə tərəf çevrilir. Sizin səs tonununuza daha çox uyğunlaşaraq o ya sevinərək ya da ağlayaraq reaksiya verəcək. Yad adamları tanımağa başlayır və siz onu tanımadığı birinin qucağına qoysanız o ağlaya bilər

– 8-12 ay: Sadə tələbləri anlamağa başlayır. Məsələn, o elektrik dəliklərinə əl vurduqda “olmaz” deyin; o dayanacaq, sizin üzünüzə baxacaq və ola bilsin hətta qayıdanda başını “olmaz” deyə tərpədəcək. Nadinc olmaması üçün onun davranışına olan cavablarınızı yoxlayın, lakin nə edəcəyinizə baxın. Reaksiyanın eyni olduğuna baxmaq üçün özünüzü yenidən yoxlayın. Jestləri müəyyən hərəkətlərlə və sözlərlə əlaqələndirməyə başlayır – kimsə otağı tərk edəndə o sağollaşmaq kimi əlini yelləyir və ya yeməkdən imtina edərək başını yellədir.

Nitq inkişafı

– 5-6 ay: Sizin uşaq kimi danışığınıza və üz ifadənizə cavab olaraq çox vaxt onun səsinin yüksəlib enməyini görmək olar.
– 7-12: ay Yeni səs birləşmələri və intonasiyalar etməklə müxtəlif səslər çıxardır. Sait və samitləri birləşdirərək, sizin nitqinizi təqlid etməyə çalışır (bah-bah-bah və ya dee-dee-dah kimi). O elə göstərir ki, elə bil “danışaraq” sizinlə söhbət edir.

Fiziki və Motorik inkişaf:
Bütün uşaqlar eyni zamanda gəzməyə başlamırlar – bəziləri erkən olaraq 8 ayından, bəziləri isə gec olaraq 17 ayından.
– 6-8 ay: Oturmağı öyrənir, boynu möhkəmlənir, başını nəzarətdə saxlayır, balans və koordinasiyanı inkişaf etdirir. 6-10 ay arası iməkləməyə başlayır və ya bu mərhələni ötürərək bir başa gəzə bilər.
– 8 ay: Nədənsə tutaraq ayaq üstə dura bilər. Sonra isə dəstəklə sürüşən addımlar ata bilər.
– 9-10 ay: Möhkəm əşyadan – divan və ya masadan tutaraq durmaq üçün dartınır. Durandan sonra isə dizlərini əyərək oturur.
– 11 ay: Köməksiz bir neçə saniyə dura bilir və həmçinin əllərinizdən tutaraq gəzə bilər.
– 11-14 ay: İlk addımlar! Tam olmasa da 13 ayında 4 uşaqdan 3-ü gəzir.

Sosial İnkişaf:
– 6-9 ay: İndi yaxın insanlara üstünlük verir; ayrılıq narahatlığının ilk nişanlarını göstərə bilər (sizdən ayrı qalmaq ona xoş olmaya bilər). Başqa uşağa baxaraq və ona tərəf əl uzadaraq və ya onun ətrafında fırlanmaq məqsədi ilə maraq göstərə bilər. – 10-12 ay: Başqa uşaqların yanında oynamaqdan zövq alır, lakin hələ də onlara qoşulmur. Digər uşaqlara baxmağı xoşlayır, onların hərəkətlərini təqlid edir. Ayrılıq qorxusu daha da arta bilər.

İstifadəçi təcrübənizi təkminləşdirmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bizim səhifənin Məxfilik Siyasəti hissəsinə daxil olaraq geniş məlumat əldə edib seçimlərinizi Kuki Razılıq Alətinə görə tənzimləyə bilərsiz. Bizim səhifəmizi istifadə etməklə, kukilərdən istifadə etməyimizə razılıq verirsiz.