Qidanı süfrəyə verməmişdən əvvəl həmişə boğulma təhlükəsinin qarşısını almaq üçün onun əzilməsini, dilimlənməsini və kiçik hissələrə bölünməsini təmin edin.
Kalsium
Uşağınızın sümük və dişlərinin, sağlam ürək, əzələlər və sinir sisteminin formalaşması və qanın düzgün laxtalanması üçün ona gündə 800 milliqram kalsium lazımdır. Kalsiumla zəngin olan ən yaxşı süd məhsullarına süd, yoqurt, pendir daxildir. Siz ana südünü, həzm sisteminin inkişafına kömək edən prebiotiklə zənginləşdirilmiş Friso 3 Gold südlə əvəz edə bilərsiniz.
Liflər
Sizin uşağınıza həzmə kömək və qəbizliyin qarşısını almaq üçün gündə 25 qram lif lazımdır. Meyvələr, tərəvəzlər, taxıl və paxlalar liflə zəngindir.
Zülal
Hüceyrə və toxumaların formalaşması və bərpası üçün sizin uşağınıza gündə 22 qram zülal lazımdır. Zülalla zəngin olan qidalara süd, pendir, yoqurt, yerfındığı yağı, paxlalar, çörək, yağsız ət, balıq və quş əti aiddir.
Karbohidratlar
Əsas enerji mənbəyi kimi sizin uşağınıza gündə 130 qram karbohidratlar lazımdır. Qəhvəyi düyü, kəpəkli çörək, əriştə və makaron məmulatları da karbohidratlarla zəngindir.
Vitaminlər
Vitamin A: Görmə qabiliyyətinin yaxşılaşdırılması, sümüklərin böyüməsi, infeksiyaların qarşısını almaq üçün sizin uşağınıza gündəlik olaraq 1320 BV və ya 400 mikroqram RE (retinol ekvivalenti) A vitamini lazımdır. Həmçinin A vitamini hüceyrə və toxumaları, xüsusilə saç, dırnaq və dərini inkişaf etdirir. Kök, ispanaq, manqo, brokolli və papaya A vitamini ilə zəngindirlər.
Vitamin В: Enerji təminatı və qida maddələrinin sorulması üçün B qrup vitaminlərindən, vitamin B1(tiamin), vitamin B2(riboflavin), B6, B12 və fol turşusu daxildir. Vitamin B6 infeksiya və xəstəliklərin qarşısını alır, vitamin B12 isə qırmızı qan hüceyrələrinin inkişafına kömək edir. Gündəlik olaraq sizin uşaqınıza 0,6 milliqram vitamin B1, 0,5mq vitamin B2, 0,5mq vitamin B6, 0,9 milliqram vitamin B12 lazımdır. Qəhvəyi düyü, paxlalı bitkilər, kəpəkli çörək, yağsız ət, balıq və yumurta B vitamin qrupunun əla mənbəyidir.
Vitamin С: Qırmızı qan hüceyrələrinin, sümüklərin və toxumların formalaşması və bərpası, infeksiyaların qarşısını almaq və orqanizmin müqavimətinin gücləndirilməsi üçün sizin uşağınıza gündəlik 25 milliqram vitamin C lazımdır. Vitamin C dəmirin yaxşı sorulmasına kömək edir. Vitamin C ilə zəngin ərzaqlara portağal, papaya, kivi, brokkoli və manqo aiddir.
Vitamin D: Sizin uşağınıza kalsiumun sorulması, sümük və dişlərin möhkəmləndirilməsi, immun sisteminin güclənməsi, hüceyrə artımının tənzimlənməsi üçün gündəlik 400 BV və ya 10 mikroqram vitamin D lazımdır. Vitamin D ilə zəngin ərzaqlara yoqurt, balıq və vitaminli südlər aiddir.
Vitamin E: Azad radikalların yaranmasına mane olmaq, immun sistemini gücləndirmək və DNT bərpası üçün sizin uşağınıza gündəlik 10,5 BV və ya 7 milliqram vitamin E lazımdır. Vitamin E ilə zəngin ərzaqlara kivi, manqo və yer fındığı yağı aiddir.
Vitamin K: Qan dövranına kömək etmək və sümük toxumlarının möhkəmlənməsi üçün sizin uşağınıza gündəlik 15 mikroqram vitamin K lazımdır. Vitamin K ilə zəngin tərəvəzlərə ispanaq, brokkoli, yaşıl noxud və kök aiddir.
Minerallar
Dəmir: Sizin uşağınıza qan və əzələləri oksigenlə təmin edən hüceyrə piqmentləri olan hemoqlabin və mioqlabinin yaranmasını fəallaşdırmaq üçün gündəlik 10 milliqram dəmir lazımdır. Dəmir ilə zəngin ərzaqlara balıq, ət və quş əti, yarpaqlı tərəvəzlər (ispanaq), paxlalı bitkilər, kəpəkli çörək aiddir. Köpəkbalığı, qılıncbalığı, skumbra və tunanın tərkibində civə olduğu üçün bu balıqlardan çəkinin.
Kalium: Sağlam qan təzyiqinin səviyyəsini və orqanizmdə su balansına nəzarət üçün sizin uşağınıza gündəlik 3800 milliqram kalium lazımdır. Kalium ilə zəngin qidalara kartof, gavalı, pomidor, banan və ispanaq kimi meyvə və tərəvəzlər aiddir.
Maqnezium: Sinir və əzələ fəaliyyətinə kömək məqsədi ilə, düzgün ürək ritminin saxlanması, sağlam immun sistemin və sümüklərin möhkəmlənməsi üçün sizin uşağınıza gündəlik 130 milliqram maqnezium lazımdır. Maqnezium ilə zəngin ərzaqlara yulaf, qəhvəyi düyü, banan və bişmiş lobya aiddir.
Sink: Həzm və metabolizm prosesinə kömək üçün sizin uşağınıza gündəlik 5 milliqram sink lazımdır. Sink ilə zəngin ərzaqlara süd, pendir, yoqurt, qəhvəyi düyü, yağsız ət, quş və balıq əti aiddir. Bundan əlavə tərkibində kimyəvi maddələr olduğuna görə bişirməzdən əvvəl əti piydən ayırın. Köpəkbalığı, qılıncbalığı, skumbra və tunanın tərkibində civə olduğu üçün bu balıqlardan çəkinin.