Skip to main content
Nutritional and Breast Feeding Tips

1 yaş - Balaca uşağın İnki̇şafı

Dərk etmənin inkişafı

Sizin uşağınız “Südü iç və butulkanı anaya ver” kimi fərqli hərəkətlərə cəlb olunaraq ziddiyyətləri və təlimatları anlamağa başlayır. Artıq o, öz istəklərini daha aydın təsvir edir.

Nitq inkişafı

O, indi öz sevdiyi musiqini zümzümə edə bilər, sizə artıq yavaş-yavaş danışa bilər: o nə edir, nə xoşlayır nə xoşlamır. Bu dövrdə “Yox” onun ən sevimli sözü ola bilər.

Hərəkət vərdişlərinin inkişafı

O, sadə cizgilər çəkmək üçün karandaş tuta bilər, topla oynaya, barmaqları ilə yeyə və köməksiz yeriyə bilər. Tezliklə o, gəzməyə gedəndə oyuncağını daşıya biləcək və həmçinin qaça bildiyini göstərəcək

Sosial inkişaf

O, sizdən diqqət tələb edə bilər və onunla oynamağı sizdən xahiş edə bilər. Onda özünə inam yarananda yaşca böyük uşaqlar axtarmağa başlayacaq, onlarla oynamaq və onların hərəkətlərini təkrarlamaq istəyəcək. O, həmçinin həmyaşıdları ilə dostluq edə və onlarla oynaya bilər.