Skip to main content
Vacib Qeyd!
Ana südü ilə qidalanma uşaqların sağlam artımı və inkişafı üçün ən yaxşı qidalanmadır. Ana südünün lazımi miqdarda və keyfiyyətli olmasını təmin etmək üçün analar ana südü ilə düzgün qidalandırma ilə bağlı təlimatlar almalıdırlar. Zəruri hal olmadan qismən və ya tam olaraq süni qidalandırmağa başlamaq və ya digər əlavə qida və içkilərlə qidalandırmaq ana südü ilə qidalanmağa mənfi təsir edə bilər, hansı ki, bu geri dönülməz hal ola bilər. Analar körpələrini süd qatışıqları ilə qidalandırmağı qərara gəlməzdən öncə və ya ana südü ilə qidalandırmada çətinlik olan zaman öz həkimi ilə məsləhətləşməli və sosial və maddi nəticələri nəzərə almalıdırlar. Süd qatışıqlarının, digər əlavə qida və içkilərin qeyri uyğun və qeyri zəruri istifadəsi sağlamlığa təhlükə ola bildiyi üçün onların hazırlanma və saxlanma təlimatlarına mütləq əməl edilməlidir.
Family_1year

1 yaş - Analara məsləhətlər

Sakitliyinizi qoruyun

Bir yaşından sizin uşağınızın müstəqillik hissi inkişaf etdiyinə görə o, öz hərəkətlərinə qarşı sizin reaksiyanızı yoxlaya bilər. O, qəsdən sizin istəyinizin əksinə oyuncaqlarını tullaya bilər,dağıda bilər. Hər hansı bir əşyanın üstünə düşə biləcəyinə təhlükə yaransa belə, onu özünə tərəf çəkə bilər. Ona sakitçə “yox” deyin və izah edin ki, niyə bunu etmək olmaz.

Uşağınızı hər şeylə maraqlanan və tədqiq edən olması üçün həvəsləndirin

Uşağınız sizə sual verəndə, çalışın ona ən sadə yolla izah edərək cavab verəsiniz. Onunla mahnı oxuyun, rəqs edin, belə ki, bu onun nitqini təkmilləşdirə bilər. Uşağınızı öz yaşıdları ilə ünsiyyət qurmağa öyrədin ki, o ailəsindən savayı başqa adamlarla da yola gedə bilsin.

İstifadəçi təcrübənizi təkminləşdirmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bizim səhifənin Məxfilik Siyasəti hissəsinə daxil olaraq geniş məlumat əldə edib seçimlərinizi Kuki Razılıq Alətinə görə tənzimləyə bilərsiz. Bizim səhifəmizi istifadə etməklə, kukilərdən istifadə etməyimizə razılıq verirsiz.