Skip to main content
1 trimester

1 trimester - Vaci̇b mərhələ

Hamiləliyin 3 ayında sizin uşağınızın uzunluğu təxminən 7 sm, çəkisi 20 qram olur.
Hələ gözləri, qulaqları, burnu və əl-ayaq tam formalaşmasa da siz aydın olaraq onun başını və bədənini görə bilərsiniz. Bu mərhələdə o ayaq barmaqlarını tərpədərək, yumruqlarını sıxaraq, ağzı ilə əmmə hərəkətləri edərək öz əzələlərini hərəkət etdirməyə başlayacaq.
Onun sinir sistemi hazırda tam fəaliyyət göstərir. Beləliklə, siz qarnınıza toxunanda sizin körpəniz sizin toxunuşunuzu hiss edir, lakin siz onu hələ hiss etmirsiniz.