Skip to main content
Pregnant food digest

1 trimester - Qi̇dalanma

Tərkibində kofein və alkoqol olan içkilərin istifadəsini azaldın və ya dayandırın, çünki onlar, məlum olduğu kimi, hamiləlikdə düşüklərə səbəb olur və dölün beyninə zərər vururlar.

Bakterial çirklənmədən çəkinmək üçün bütün yeməkləri hazırlayarkən tam bişirmək lazımdır. Bu o deməkdir ki, çiy balıq (suşı) və ətin istifadəsi ciddi şəkildə qadağandır.

Kalsium

Uşağınızın sümük və dişlərinin, sağlam ürək, əzələlər və sinir sisteminin formalaşması üçün sizə gündə 1000 -1200 milliqram kalsium lazımdır. Kalsiumla zəngin məhsulların ən yaxşı mənbələrinə süd və süd məhsulları daxildir. Bununla belə, pasterizə olunmamış süd və süd məhsulları qəbul etməyin, çünki onlar bakteriyalı ola bilər və sizin uşağınıza ziyan vura bilər. Siz həblərlə də kalsium qəbul edə bilərsiniz.

Dəmir

Ciftin inkişafı və hemoqlobinin (qırmızı qan hüceyrələri) artması üçün sizə gündə 27 miligram dəmir lazımdır. Balıq, toyuq və yağsız mal ətinin tərkibində də çoxlu miqdarda dəmir var. Dəmirlə zəngin olan qeyri ət məhsullarına lobya, tərəvəz, taxıl daxildir. Bununla belə, qaraciyər məhsullarını qəbul etməyin, çünki onların tərkibində hələ doğulmamış uşağa ziyan verə bilən çoxlu A vitamini var; həmçinin, tərkibində civə olduğuna görə qılıncbalığı, marlin, köpəkbalığı və tuna balıqları ziyandır.

Zülal

Uşağın orqanizmini inkişaf etdirmək üçün sizə gündə 70 qram zülal lazımdır. Çalışın yağsız ət, balıq, quş əti, paxlalar, yumurta, süd və süd məhsulları istifadə edəsiniz. Qılıncbalığı, marlin, köpəkbalığı və tunanın tərkibində civə olduğuna görə onların qəbulundan çəkinin.

Fol turşusu

Sinir borusunun fəqərələrin arxa çıxıntılarının anadangəlmə haçalanması, dovşan dodaq, qurd ağız və ürək qüsurları kimi digər qüsurların yaranma riskini azaltmaq üçün sizə gündə 600 mikrogram fol turşusu lazımdır. Fol turşusu kələm, lobya və brokkoli kimi yaşıl tərəvəzlərdə, banan və portağal kimi meyvələrdə olur.

B vitamini

B vitamini dölün inkişaf qüsurlarını (eybəcərliklər) və anadangəlmə ürək qüsurlarının riskini azaldır; beyin və sinir sistemi inkişafına kömək edir, və ürək bulanmalarını azalda bilir. Əsas B qrupu vitaminlərinə Vitamin B1 (tiamin), В2 (riboflavin), В6 (piridoksin) və В12 (kobalamin) daxildir. Onlar tərkibi zənginləşdirilmiş çörəkdə, yarmalarda, bütün taxıl məhsullarında, paxla və noxudda tapıla bilər.
Sizin gündəlik B vitamininin qəbul miqdarı aşağıdakı kimidir:
В1 vitamini: 1,4 mq
В2 vitamini: 1,4 mq
В6 vitamini: 1,9 mq
В12 vitamini: 2,6 mkq

C vitamini

Toxumaların bərpası, sümüklərin inkişafı və bərpası, sağlam dəri üçün sizə gündə 85 milliqram vitamin C lazımdır. Limon, portağal, qreypfrut kimi sitrus meyvələri, brokkoli və kələm kimi tərəvəzlər Vitamin C-nin əla mənbəyidir.

D vitamini

Kalsium və fosforu optimal səviyyədə saxlamaq üçün sizə 200 beynəlхalq vahid (5 mkq) D vitamini lazımdır. Balıq yağı, yağlı balıq, yumurta, süd və taxıl məhsullarnda D vitamini vardır.

Xolin

Uşağın zehni qabiliyyətini artırmaq və onurğanın haçalanması kimi sinir borusunun qüsurunu aradan qaldırmaq üçün sizə gündə 450 miliqram xolin lazımdır. Xolin ispanaqda, quş ətində paxlada və balığın tərkibində tapıla bilər. Tərkibində civə olan qılıncbalığı, köpəkbalığı, marlin və tuna kimi balıqlardan çəkinin.