Skip to main content
Vacib Qeyd!
Ana südü ilə qidalanma uşaqların sağlam artımı və inkişafı üçün ən yaxşı qidalanmadır. Ana südünün lazımi miqdarda və keyfiyyətli olmasını təmin etmək üçün analar ana südü ilə düzgün qidalandırma ilə bağlı təlimatlar almalıdırlar. Zəruri hal olmadan qismən və ya tam olaraq süni qidalandırmağa başlamaq və ya digər əlavə qida və içkilərlə qidalandırmaq ana südü ilə qidalanmağa mənfi təsir edə bilər, hansı ki, bu geri dönülməz hal ola bilər. Analar körpələrini süd qatışıqları ilə qidalandırmağı qərara gəlməzdən öncə və ya ana südü ilə qidalandırmada çətinlik olan zaman öz həkimi ilə məsləhətləşməli və sosial və maddi nəticələri nəzərə almalıdırlar. Süd qatışıqlarının, digər əlavə qida və içkilərin qeyri uyğun və qeyri zəruri istifadəsi sağlamlığa təhlükə ola bildiyi üçün onların hazırlanma və saxlanma təlimatlarına mütləq əməl edilməlidir.
Pregnant mothers

1 trimester - Məsləhətlər

Sağlamlığa və Qidalanmaya diqqət:
Siqaret çəkməkdən imtina, gündə ən azı səkkiz saat yuxu, pəhriz vərdişlərinin dəyişdirilməsi, nəyi yemək lazım olduğunu nəyi olmadığını yadda saxlamaq lazımdır. Çox döllü hamiləlikdə 5-7 gün ərzində erkən hamiləlik reaksiyası baş verir, iştah itir daha sonra isə siz kiçik porsiyalarla tez-tez qidalana bilərsiniz. Yemək qəbul etməzdən əvvəl əllərinizi yuyun ki, sonra mədə-bağırsaq problemindən çəkinəsiniz və dərman qəbulunun zəruriliyi azalsın.

Ekolojı Təhlükəsizliyi yoxlayın:
İş mühitində və ya evdə potensial təhlükələr baxımından təhlükəsizliyi təmin etmək üçün hamam otağına, sürüşkən döşəməyə və asanlıqla sürüşən xalçaya diqqət yetirin.

Gimnastika
Hamiləlikdə çəki artdığına görə idmanla ayaqlardaki yorğunluğu yüngülləşdirmək və ya azaltmaq və beldə ağırlığı yüngülləşdirmək mümkündür. Ən başlıcası oynaq və əzələləri işlətməkdir, belə ki normal doğuşa hazırlaşmaq üçün belin aşağı hissəsinin və çanaq əzələlərin boşalmasına çalışın.

İstifadəçi təcrübənizi təkminləşdirmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bizim səhifənin Məxfilik Siyasəti hissəsinə daxil olaraq geniş məlumat əldə edib seçimlərinizi Kuki Razılıq Alətinə görə tənzimləyə bilərsiz. Bizim səhifəmizi istifadə etməklə, kukilərdən istifadə etməyimizə razılıq verirsiz.