Skip to main content
Must-knows About Dietary Fibre for Your Child

Sizin uşağınızın rasionunda qida lifləri haqqında nələri bilmək lazımdır

Güman ki, siz artıq qida lifləri (və ya sellüloza) və onların sağlamlıq üçün xeyiri haqqında eşitmisiniz. Bu maddə sizi qida lifləriylə tanış edəcək və sizdən körpənizin rasionuna qida liflərini daxil etməyinizi unutmamağa xəbərdar edəcək.

Qida lifləri nədir?

Qida lifləri – bu qida məhsullarının həzm olunmayan hissəsidir. Qida liflərinin iki növü mövcuddur: həll olunanlar və həll olunmayanlar. Həll olunmayan qida lifi bizim bağırsağımızda genişlənə bilir, bağırsaqların peristaltikasını nizama salır və yoğun bağırsağın sağlam olmasınıa kömək edərək qəbizliyin qarşısını alır. Onlar çəki atmaq istəyənlər üçün iştahın aşağı düşməsinə kömək edir. Həll olunmayan qida lifləri qəbul etmək üçün biz nə yeməliyik? Burada bir neçə nümunələr var: bütöv taxıl məhsulları, taxıldan qida məhsulları, kəpəkli çörək, buğda, qoz-fındıq, meyvələr və tərəvəzlər. Digər tərəfdən həll olunan qida lifləri qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir və qanda şəkərin səviyyəsini nizama salır, beləliklə şəkərli diabeti tənzimləyərək ürək-damar xəstəliklərinin riskini aşağı salır. Həll olunan qida liflərini meyvələrdən, soya paxlalılardan və sıyıqlardan almaq olar.

Liflərin hər tipi sağlamlıq üçün unikal və mühüm faydalara malik olduğuna görə həkim-dietoloqlar imkan daxilində rasiona liflərin hər iki növünü daxil etməyi məsləhət görür. Ən sadə üsul gündəlik rasiona liflərlə zəngin məhsulları daxil etməkdir.

Mənim körpəmin nə qədər lif almağa ehtiyacı var?                                       

Amerika Birləşmiş Ştatlarının və Kanadanın həkim-diyetoloqlarının fikrincə, böyüklərə hər gün 15 qram lif almağı təklif edirlər. Bu gündəlik məsləhət görülən 25-35 qramdan daha aşağıdır. Bu halda, nəzərə alın ki, uşaqlar tərəfindən lifin istehlakının gündəlik norması böyüklər üçün nəzərdə tutulmuş analoji göstəricinin yarısını təşkil etməlidir. Mütəxəssislər vurğulayırlar ki, uşaqlar rasionunuda qida liflərinin həddini aşmamaq üçün tədricən qəbul etməlidirlər, çünki çox lif neqativ təsirlərə gətirib çıxara bilər.

  • Qida qəbuluna qədər uşaq artıq kifayyət qədər özündə qida liflərini saxlayan məhsulların hesabına tox hiss edə bilər.
  • Qida lifləri kalsiumun, sinkin, dəmirin və başqa faydalı mineralların mənimsənməsini çətinləşdirir. Bu xüsusilə məhdudlaşdırılmış miqdarda minerallardan ibarət rasiona malik olan uşaqlarda problem yarada bilər.

Anaların diqqətinə! Burada uşaqların qida liflərinin qəbulu ilə bağlı xatırlatmalar var:

  • Buğda kəpəyi kimi liflərlə zənginləşdirilmiş sıyığqlardan çəkinin.
  • Buğda çörəyi bu yaşda yaxşı seçimdir və siz uşağınıza bir yaşından sonra kəpəkli çörək verə bilərsiniz.
  • Uşağınızı yaşına uyğun meyvələr və tərəvəzlərlə qidalandırın.
  • Rasiona bişirilmiş və əzilmiş məhsulları və soya paxlaları daxil edin.
  • Körpənizi su, süd, şorba və durulaşdırılmış meyvə şirəsi kimi mayelər qəbul etməyə həvəsləndirin.

Südlü içki kimi siz uşağa Friso 3 Gold südü verə bilərsiniz, hansı ki, tərkibində əsas qida maddələrinin və vitaminlərin balansına malikdir və eyni zamanda tərkibində prebiotik lifləri saxlayaraq qəbizlik və ishalın qarşısını alır.