Skip to main content
Your child and natural body resistance

6 ayından sonra - Analara məsləhətlər

Ayrılığı həyəcanla keçirtmək

Uşağa ən çox qayğı göstərən hələ də siz olduğunuza görə körpəniz sizi ətrafında görməyəndə onun həyəcan keçirtməsi normaldır. Əslində, ayrılıq həyəcanının bu əlaməti sağlamlıqdır. Siz ətrafında olmayanda uşağınınızın həyəcanını aşağı salmağa kömək etmək üçün aşağıda bəzi məsləhətlər verilib:
– Uşağınızı əvvəlcədən digər ona qayğı göstərənə təqdim edin və ona şərait yaradın ki, sizdən ayrı olmaq təcrübəsi qazansın. Bu şəxs sizin qohumunuz və ya dayəniz ola bilər ki, siz iş fəaliyyətinə yenidən geri dönəndə sizin yerinizə uşağınızın qayğısına qala bilsin.
– Uşaqla ayrılığınızı qısa edin. Bu çətin ola bilər, lakin çalışın uşağın sizin üçün qapının arxasında hıçqırıqla ağlamasına yol verməyəsiniz. Bilin ki, hər dəfə o ağlayanda yanına gəlsəniz gələn dəfə daha çox və daha ucadan ağlamağa başlayaçaq
– Heç bir vaxt ayrılanda görüşmədən getməyin. Sağolaşmadan gizli gedərkən, uşağınızın inamını sındırırsınız. Onun əvəzinə əlinizi şən yellədərək qısa sağollaşın. Bu sizin uşağınıza qaldığı adamla təhlükəsiz olacağını dərk etməyə şərait yaradacaq.