Skip to main content
Pregnant mothers should not drink colas

Hamilə qadınlar Cola tipli içkilər içməməlidirlər

Anaların əksəriyyətinə məlumdur ki, hamiləlik zamanı alkoqol dölün inkişafına mənfi təsir edir, buna görə də müxtəlif tədbirlər zamanı, onlar alkoqolu Cola içməklə əvəz edirlər. Əslində isə, heyvanlar üzərində aparılan təcrübələrdə aşkar olunmuşdur ki, Cola tipli içkilər qüsurlara səbəb olur. Bu içkilərin tərkibində möhkəm qıcıqlandırıcı təsirə malik olan kofein və klofelin kimi maddələr olduğuna görə belə içkilərdən hamiləliyin ilk 90 günü ərzində çəkinmək lazımdır.

Bu içkilərin həddən artıq istifadəsi kofeinin və klofelinin ümumi miqdarını artırır, bu da mərkəzi sinir sistemini qıcıqlandırır, tənginəfəsliyə və nəbzin sürətlə vurmasına, yuxusuzluğa və digər mənfi təsirlərə səbəb olur. Belə ki, kofein ananın organizmindən cift vasitəsilə asanlıqla dölə ötürülür, bu da sizin körpənizin sümüklərinin və digər əsas orqanlarının inkişafına mənfi təsir edərək, körpənizin az çəkili doğulmasına səbəb ola bilər.

ABŞ-ın Qida və Dərman vasitələri üzrə rəhbərliyi hamilə qadınlara kofein qəbulunu gündəlik 300 mq olmaqla məhdudlaşdırmasını tələb edir. Beləliklə, hamilə qadınlar, imkan daxilində tünd qəhvədən də çəkinməlidirlər. Bundan başqa Cola tipli içkilərdə sümük inkişafına və kalsifikasiyaya pis təsir göstərən fosforlu birləşmələr də var. Qısaca olaraq, hamilə qadınlar belə içkilərin istifadəsindən çəkinməli və əsas hidratasiya mənbəyi kimi mineral və ya ilıq sudan istifadə etməlidirlər.